Şamaxının Muğanlı kəndindəki sürüşmə sahəsində çatlar genişləndi

Şamaxının Muğanlı kəndindəki sürüşmə sahəsində çatlar genişləndi
Want create site? Find Free WordPress Themes and plugins.

Şamaxının Muğanlı kəndindəki sürüşmə sahəsində çatlarda nisbi artım müşahidə edilir.

“A24.az” bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Muğanlının qədim sürüşmə sahəsi olduğunu nəzərə çatdıran Ə.Qaralov bildirib ki, hazırda Şamaxı şəhərinin “48 a” adlanan məhəlləsində də sürüşmə-çökmə prosesində aktivlik davam edir.

Ə.Qaralovun sözlərinə görə, Şamaxı şəhərinin “48 a” adlanan məhəlləsində bir ilə yaxındır ki, sürüşmə-çökmə prosesi davam edir.

Ekspedisiya rəisi hazırda Bayıl yamacında – Teleqüllənin yaxınlığındakı sürüşmə sahəsində vəziyyətin stabil olduğunu söyləyib:

“Son günlər ərzində reperlər, mayaklar üzərində apardığımız müşahidələr də onu göstərir ki, ərazidə sabit vəziyyət hökm sürür”.

Ə.Qaralov bidirib ki, Teleqüllənin yaxınlığındakı sürüşmə sahəsində sürüşmənin səbəbinin daha dəqiq müəyyənləşdirilməsi məqsədilə tədqiqatların aparılması üçün müəyyən qədər buruq-qazma işləri aparılıb.

Qazılan quyulardan götürülən süxur nümunələri laborator analizlərin aparılması üçün ETSN-nin laboratoriyasına təqdim edilib.

Nazirlik rəsmisi bu işlərin davam etdiriləcəyini də açıqlayıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar