Şamaxıya sel gəldi, kəndlə əlaqə kəsildi - VİDEO

Şamaxıya sel gəldi, kəndlə əlaqə kəsildi – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Dağlardan axıb gələn sel suları Şamaxının daha bir kəndində torpaq sürüşməsinə səbəb olub. Nəticədə Zaratxeybəri kəndinin avtomobil körpüsü uçub, 300-ə yaxın sakinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

A24.Az Xezerxeber-ə istinadən xəbər verir ki, kəndin ərazisindən keçən Pirsaat çayı öz məcrasından çıxaraq avtomobil yolunu yuyub, kənd sakinlərinə məxsus bostanlar suyun altında qalıb.

Avtomobil yolunda isə torpaq sürüşmələri baş verib. Rayon mərkəzindən 39 kilometr uzaqlıqda yerləşən Zaratxeybəriyə gediş-gəliş tamamilə məhdudlaşıb.

Rayona getmək istəyən kənd sakinlərinə məxsus avtomobillər bataraq yolda qalıb. Avtomobilin içində olan sərnişinlər 9 kilometr yolu piyada getmək məcburiyyətində qalıblar. Sürüşmə nəticəsində kəndin girişində olan avtomobil körpüsü də uçub, körpünün su ötrücü boruları qırılıb. Hər iki tərəfdən kəndin yolu bağlanıb.

Məsələ ilə bağlı rayon icra hakimiyyətinə məlumat verilib. Artıq uçan körpünün bərpa edilməsinə başlanılıb.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar