Samir Bağırov Rusiyanın birinci kanalına çağırıldı - VİDEO

Samir Bağırov Rusiyanın birinci kanalına çağırıldı – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Müğənni Samir Bağırov Rusiyanın “Birinci” kanalında yayımlanan “Pust qovoryat” verilişinin qonağı olub.

“A24.az” “qafqazinfo”ya istinadən xəbər verir ki, verilişin əsas qəhrəmanı 90-cı illərin məşhur müğənnisi Marina Xlebnikova olub.

Sənətçinin yaradıcılığından söhbət açılıb, onun uzun müddət dostluq etdiyi məşhur sənətçilər verilişə dəvət olunub.

Azərbaycanlı ifaçı da Xlebnikova üçün verilişə qatılıb, ona sürpriz edib.

Aparıcı Andrey Maloxov Bağırovu səhnəyə dəvət edib. O, Bakıdan həmkarına paxlava, konyak, konfet və azərbaycanlı dizaynerə məxsus hədiyyə gətirib.

Marina “Yalta -Tranzit -1991” festivalındakı xatirələrini bölüşüb:

“Festivaldan sonra dostluq etməyə başlamışıq. Bir dost olmaqdan başqa, eyni yeri də bölüşmüşdük. İkimizdə ikinci olmuşduq”.

“A24.az” verilişin videogörüntüsünü təqdim edir:

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Şou-biznes, Media, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar