Samir Cəfərov məmurla dalaşdı, vəzifəsindən istefa verdi — QALMAQAL

Samir Cəfərov məmurla dalaşdı, vəzifəsindən istefa verdi — QALMAQAL
Want create site? Find Free WordPress Themes and plugins.

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru, xalq artisti Samir Cəfərov tutduğu vəzifədən istefa verib.
A24.Az ölkə.az-a istinadən xəbər verir ki, bir neçə gündür Bakıya qayıdan Cəfərovun bu qərarına səbəb şəhərin rəhbər şəxslərindən biriylə münasibətlərinin gərginləşməsi olub. İddialara görə, Cəfərov şəhərin idarə və müəssisələrində filarmoniyada təşkil edilən konsertlərə məcburi bilet satılmasına etiraz etdiyi üçün sözügedən məmurla mübahisə edib və onun tərəfindən xoşagəlməz sözlər eşidib. Məhz bu hadisədən sonra xalq artisti vəzifəsindən istefa verib.

Qeyd edək ki, S.Cəfərov ötən ilin iyunundan bu postu tuturdu. Məsələ ilə bağlı S.Cəfərovla əlaqə saxlanılıb. O, bu barədə danışmaq istəmədiyini bildirib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Şou-biznes, Maraqlı
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar