A24 Xeber

Samsunda qaz davası: 2 nəfər öldü, 1-i yaralandı

Samsunda qaz davası: 2 nəfər öldü, 1-i yaralandı
582
05 Mart 2017 - 15:53

Türkiyənin Kavak bölgəsində qonşular arasında itlərin yediyi qazlara görə düşən davada ata ilə oğlu öldürülüb.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, 73 yaşlı Behçet Şahinin itləri qonşusu S.K.-nın (36) həyətindəki 18 ədəd qazı müxtəlif vaxtlarda yeyib. Bunu görən Şahin yeyilən qazların pulunu verəcəyini söyləyərək S.K. ilə razılığa gəlib. Pulun bir hissəsini ödəyən Şahin yerdə qalan hissəsini ödəmədiyi üçün qonşusu ilə mübahisə edib.

Baş qaldıran mübahisə daha sonra davaya çevrilib. Belə ki, qazları yeyilən S.K. ov tüfəngi ilə Behçet Şahinə, oğlu Zeki (46) və Tuncay Şahinə (39) atəş açıb. Zeki Şahin hadisə yerində dünyasını dəyişib. Behçet və oğlu Tuncay Şahin isə yaralanıb. Lakin xəstəxanaya aparılan Behçet Şahin edilən bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib. Hadisədən sağ çıxan Tuncay Şahin isə müalicə olunduqdan sonra evə buraxılıb.

Hadisəni törətməkdə təqsirkar bilinən S.K. polis tərəfindən saxlanılıb.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00