"Samsung"dan İran və Şimali Koreyaya qarşı ayrı-seçkilik - İdmançıları telefonsuz qoydu

“Samsung”dan İran və Şimali Koreyaya qarşı ayrı-seçkilik – İdmançıları telefonsuz qoydu
Want create site? Find Free WordPress Themes and plugins.

Cənubi Koreyanın Pxençxan şəhərinin ev sahibliyi edəcəyi 23-cü Qış Olimpiya Oyunlarına sabah (9 Fevral ) təşkil ediləcək mərasimlə start veriləcək.

89 ölkənin qatılacağı oyunlara Cənubi Koreyanın texnologiya nəhəngi “Samsung” sponsporluq edəcək.

A24.Az xəbər verir ki, sponsorluq çərçivəsində firma idmançılara son model telefonlarını hədiyyə edib. Lakin İran və Şimali Koreyaya bu telefonlardan verilməyib.

Buna səbəb kimi ABŞ-ın sankiyaları göstərilir.

Güney Kore olimpiyatlarında akıllı telefon sorunu

Şirkətin bu addımı İranda böyük reaksiyalara səbəb olub.

İranın rəsmi xəbər agentliyi “İRNA”da şirkətin bu qərarı “etikadan kənar” hərəkət kimi qiymətləndirilib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin də Cənubi Koreyalı nümayəndələr sərt reaksiya verdiyi bildirilir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi, “Şirkəti üzr istəmədiyi müddətcə bu məsələnin İran və “Samsung” arasındakı ticarət əlaqələrinə böyük təsiri olacaqdır”, – deyə münasibət bildirib.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar