“Samsung”un əyilən displeyli ilk smartfonlarının təqdimat vaxtı məlum oldu

“Samsung”un əyilən displeyli ilk smartfonlarının təqdimat vaxtı məlum oldu
Want create site? Find Free WordPress Themes and plugins.

Tanınmış çinli insayder “Ice Universe” “Samsung” şirkətinin gələn ilin əvvəlində satışa çıxarılacaq yeni flaqman smartfonlarının anonsunun qrafikini dərc edib. 
A24.Az-ın ixbt.com saytına istinadən məlumatına görə, mobil cihazlar sənayesindən bir neçə dəfə yeniliklərlə bağlı etibarlı məlumatlar təqdim edən şəxs bəyan edir ki, Cənubi Koreyanın ilk əyilən displeyə malik smartfonu gələn ilin əvvəlində “Consumer Electronics Show 2019” sərgisində təqdim ediləcək. Təxmin edilir ki, o, “Samsung Galaxy X” adı ilə istehsal ediləcək.

“Galaxy S” istehsalına aid yubiley smartfona gəldikdə, o, gələn ilin fevral ayının sonunda “Mobile World Congress 2019” sərgisində təqdim ediləcək. Onun “Galaxy S10” və ya başqa cür adlandırılacağını söyləmək isə çox çətindir.

Xatırladaq ki, bundan əvvəl mütəxəssis əyilən displeyə malik “Samsung Galaxy X” smartfonunun gələn il buraxılacağı ilə bağlı tərəddüdünü qeyd etmişdi. Bu ilin avqustunda isə ictimaiyyətə “Samsung Galaxy Note9” smartfonu nümayiş etdiriləcək. Bu, şirkətin 8 GB daxili yaddaşa malik ilk smartfonu olacaq.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar