A24 Xeber

Samuxda ər arvadını döyərək öldürdü

Samuxda ər arvadını döyərək öldürdü
82
30 Aprel 2018 - 19:53

Samuxda qətl hadisəsi törədilib.

A24.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Kolayır kəndində baş verib.

Orada yaşayan 1981-ci il təvəllüdlü Ağamir Səmədov ailə münaqişəsi zəminində yaşadığı evin həyətində həyat yoldaşı, 1983-cü il təvəllüdlü Ləman Səmədovanı döyüb. Bədən xəsarətləri alan qadın orada ölüb.

Cinayəti törədən şəxs saxlanılıb. Məlumata görə, ailənin 3 övladı var.

A. Səmədov bundan əvvəl məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Samux rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

A24.Az

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00