Samuxda qadın kürəkəni tərəfindən bıçaqlandı

Samuxda qadın kürəkəni tərəfindən bıçaqlandı
Want create site? Find Free WordPress Themes and plugins.

Samuxda bıçaqlanma olub.

A24.Az APA-ya istinadən xəbər verir ki, rayonun Sərkar kənd sakini 1945-ci il təvəllüdlü Yusibova Pakizə sol baldır nahiyəsinin bıçaq yaraları ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Qadının sözlərinə görə, o sərxoş kürəkəni tərəfindən bıçaqlanıb. Məlumata görə, P. Yusibovanın qızı ailə münaqişəsi ucbatından iki ay əvvəl ata evinə qayıdıb. Bir neçə dəfə gəlib həyat yoldaşını aparmağa cəhd edən kürəkən bu dəfə içkili vəziyyətdə qayınanasını bıçaqlayıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar