Sankt-Peterburqda  Beynəlxalq “Gənclər Festivalı” keçirildi

Sankt-Peterburqda  Beynəlxalq “Gənclər Festivalı” keçirildi
Want create site? Find Free WordPress Themes and plugins.

Sankt-Peterburqda  Beynəlxalq “Gənclər Festivalı” keçirilib.
Festival çərçivəsində Dimitri Rezyunkov və Ramin İbrahimovun təşəbbüsü və Smolnıy Universitetinin Rektoru, akademik Heyder İmanovun dəstəyi ilə “Təbiətin yeni ili” şüarı altında xalqımızın milli adət-ənənələrini, musiqisini tanıtmaq məqsədi ilə Novruz tədbiri keçirilib.
A24.Az xəbər verir ki, festival 26 martda Rusiyanın Sankt-Peterburq şəhərindəki Yusupovski bağında baş tutub.
Tədbirdə Azərbaycanın Sankt- Peterburqdakı Diasporasının Sədri Sabir Mənsimov, Diasporanın Gənclər təşkilatının sədri Ramin İbrahimov, akademik Heyder İmanov çıxış edərək xalqımızın mədəni irsinin inkişafı, folklorumuzun təbliği və tanıtımı üçün belə tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıblar.
Sonda , Kuzey Kıbrıs cəmiyyətinin sədr müavini Fuad Səfərəliyev və digər təşkilatçılar “Fəxri Fərman”la mükafatlandırılıb. Böyük marağa səbəb olmuş festivalda bayram süfrəsi açılaraq qonaqlara milli təamlarımız təqdim olunub, uşaqlara hədiyyələr verilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Şou-biznes
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar