A24 Xeber

“Santa-Barbara” serialının aktrisası dünyasını dəyişib

“Santa-Barbara” serialının aktrisası dünyasını dəyişib
42
02 Sentyabr 2018 - 12:56

ABŞ-da “sabun operaları”nın ulduzu Süzen Braun 87 yaşında vəfat edib.

“A24.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “The Hollywood Reporter” nəşri yazıb.

Aktrisanın vəfatı xəbərini icraçı prodüser Frenk Valentini təsdiq edib. O, öz tvitində Braunun yaxınlarına və bütün onu tanıyanlara başsağlığı verib.

Braun aktrisalıq karyerasına 1977-ci ildə başlayıb. Aktrisa Azərbaycan tamaşaçısına “Santa-Barbara” serialında Viktoriya Leynin anası kimi oynadığı Canet Leyn obrazından tanışdır.

O, aktrisalıq fəaliyyətini 2004-cü ildə başa vurub. Braun son olaraq “Baş xəstəxana” serialına çəkilib.

Report.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00