A24 Xeber

Sarkisyan 6 naziri özü ilə Moskvaya apardı

Sarkisyan 6 naziri özü ilə Moskvaya apardı
559
14 Mart 2017 - 18:36

Ermənistan prezidenti Serj Sarkisyan və onun rəhbərlik etdiyi nümayəndə heyəti artıq Rusiyadadır. 

“A24.az” erməni KİV-nə istinadən xəbər verir ki, prezidentin təyyarəsi “Vnukova-2” hava limanına enib.

Ermənistan prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətinə baş nazirin müavini, inteqrasiya və islahatlar naziri Vaçe Qabrielyan, müdafiə naziri Vigen Sarkisyan, xarici işlər naziri Edvard Nalbandyan, iqtisadi inkişaf və investisiya naziri Suren Karayan, nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Vaan Martirosyan, kənd təsərrüfatı naziri İqnatiy Arakelyan və digər rəsmi şəxslər daxildir.

Səfər zamanı Sarkisyan rusiyalı həmkarı Vladimir Putin və baş nazir Dmitri Medvedyevlə görüşəcək. Sarkisyan, həmçinin Beynəlxalq Münasibətlər üzrə Moskva Dövlət Universitetinin tələbələri və müəllimləri ilə görüşəcək. (Azvision.az)

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00