Sarkisyan BMT baş katibi ilə Dağlıq Qarabağ məsələsini müzakirə etdi

Sarkisyan BMT baş katibi ilə Dağlıq Qarabağ məsələsini müzakirə etdi
Want create site? Find Free WordPress Themes and plugins.

 Ermənistan prezidenti Armen Sarkisyanla BMT baş katibi Antonio Guterreş arasında telefon danışığı olub. 

A24.Az “Report”a istinadən xəbər verir ki, tərəflər ölkədəki vəziyyəti müzakirə ediblər.

“Armen Sarkisyan ölkədə baş verən siyasi proseslərdən danışaraq konstitusiya, qanunun aliliyi və insan hüquqlarına hörmət çərçivəsində dialoq vasitəsilə mövcud problemlərin sülh yolu ilə həllinə dair mövqeyinə görə BMT-nin baş katibinə təşəkkür edib”, – ölkə başçısının saytında yerləşdirilən məlumatda qeyd olunub.

Tərəflər həmçinin regional problemlər və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini də müzakirə ediblər.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar