"Sarkisyan bu açıqlaması ilə bütün əməllərini ifşa etdi" - Politoloq

Sarkisyan bu açıqlaması ilə bütün əməllərini ifşa etdi – Politoloq
Want create site? Find Free WordPress Themes and plugins.

“Serj Sarkisyan özü etiraf edir ki, Dağlıq Qarabağdakı döyüş əməliyyatlarına birbaşa özü rəhbərlik edir və əmrləri o verir”

A24.Az xəbər verir ki, bunu Atlas Araşdırmalar Mərkəzi, politoloq Elxan Şahinoğlu Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağa gələndə verdiyi açıqlamanı şərh edərkən deyib.

Elxan Şahinoğlu – “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri

Politoloq bildirir ki, Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağa son gəlişi zamanı diqqətçəkici açıqlama verib:

“O ötən ilin aprel döyüşləri zamanı itirdikləri yüksəkliyi (Lələtəpə yüksəkliyini nəzərdə tutur) geri qaytarmaq üçün əmr verməməsinin səbəbini belə izah edib: “İki seçimim var idi. Birinci seçim – yüksəkliyi geri qaytarmaq üçün əks-hücuma keçmək əmri verməli idim, ancaq bu halda ən azı yenə 100 nəfər itirə bilərdik. İkinci seçim – hərbçilərimin sağ qalması üçün yüksəkliyin itirilməsiylə barışmalı idim. Ancaq güclü siyasətçi ikinci seçimə üstlük verərdi və mən də belə etdim. İnsan həyatını ancaq güclü siyasətçi qoruya bilər”.

Serj Sərkisyan

E.Şahinoğlu hesab edir ki, bu açıqlamadan iki nəticə çıxır:

“Birincisi, Serj Sarkisyan etiraf edir ki, Dağlıq Qarabağdakı döyüş əməliyyatlarına birbaşa özü rəhbərlik edir və əmrləri o verir. Demək cəbhə bölgəsində təxribatlara da elə özü başçılıq edir. İkincisi, Sərkisyan Lələtəpənin itirilməsiylə barışıbsa və daha çox hərbçisinin ölməsini istəməyərək əks-hücumdan vaz keçibsə, demək gələcəkdə başqa ərazilərin də itirilməsinə etiraz etməyəcək. Bu mesaj əslində bizədir…”

Orxan Aslanlı, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar