Sarkisyan Gürcüstana səfər edəcək

Sarkisyan Gürcüstana səfər edəcək
Want create site? Find Free WordPress Themes and plugins.

Ermənistan prezidenti Armen Sarkisyan Gürcüstanın müstəqillik gününə həsr olunmuş tədbirlərdə iştirak etmək məqsədilə mayın 26-da Tbilisiyə səfər edəcək.

A24.Az APA-ya istinadla xəbər verir ki, bu barədə A.Sarkisyan Gürcüstanın dövlət başçısı Giorgi Marqvelaşvili ilə telefon danışığında bildirib.

A.Sarkisyanın təşəbbüsü ilə baş tutmuş telefon söhbətində Gürcüstan-Ermənistan münasibətləri müzakirə olunub. O, Gürcüstan prezidentini Ermənistandakı vəziyyət barədə məlumatlandırıb.

 G.Marqvelaşvili isə öz növbəsində bildirib ki, Ermənistandakı prosesləri diqqətlə izləyir və qonşu ölkədə əmin-amanlıq Gürcüstan üçün olduqca vacibdir.
A24.Az
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar