Serj Sarkisyan Nalbandyanı istefaya göndərir

Sarkisyan Nalbandyanı istefaya göndərir
Want create site? Find Free WordPress Themes and plugins.

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan vəzifəsindən uzaqlaşdırıla bilər.

“A24.az” bildirir ki, APA-nın məlumatına görə, bu barədə Ermənistanın “Qraparak” qəzeti öz mənbəyinə istinadən yazıb.

Bildirilir ki, prezident Serj Sarkisyan yeni kadr dəyişikliyi aparmaq niyyətindədir: “O, xarici siyasət idarəsi rəhbəri vəzifəsini prezident administrasiyası rəhbəri Viqen Sarkisyana həvalə etmək niyyətindədir. Onun XİN rəhbəri təyin ediləcəyi ilə bağlı əvvəllər də xəbərlər yayılırdı”.

Qəzetin məlumatına əsasən E.Nalbandyan isə Fransaya səfir göndəriləcək. O, artıq 1999-2008-ci illərdə bu vəzifəni icra edib.

Prezident Administrasiyasının yeni rəhbəri kimi isə Milli Təhlükəsizlik Şurasının hazırki katibi Armen Qevorkyanın adı çəkilir. O, 2006-2008-c illərdə Robert Koçaryan dövründə prezident administrasiyası vəzifəsini icra edib. “Belə olan halda Milli Təhlükəsizlik Şurası prezident aparatı nəzdində fəaliyyət göstərəcək və bununla da əvvəlki konfiqurasiya bərpa olunacaq”, – deyə məqalədə vurğulanıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar