Sarkisyan Türkiyəyə barışıq təklif etdi

Sarkisyan Türkiyəyə barışıq təklif etdi
Want create site? Find Free WordPress Themes and plugins.

“Mənim təşəbbüsümlə başlayan Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi ölkələrimiz və bölgə üçün yeni imkanlar yarada bilər”.

“A24.az”  xəbər verir ki, bunu Ermənistan prezidenti Serj Sarkisyan Münhen Təhlükəsizlik Konfransında deyib.

Sarkisyan çıxışı zamanı təklif edib ki, Türkiyə ilə danışıqlar yeni sənəd üzrə aparılmalıdır:

“Türkiyə Ermənistanla sərhədi bağlı saxlamaqda davam edir. Əminliklə deyə bilərəm ki, vəziyyəti nizamlamaq məqsədilə Ermənistan əlindən gələni edib. Bununla belə münasibətlərin qurulmasına dair protokollar kağız üzərində qalıb”.

Sarkisyan, həmçinin deyib: “Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına Azərbaycan mane olurmu? Xeyr. Əsas maneə Türkiyə liderlərində siyasi iradənin olmamasıdır. Biz daim Türkiyədən cavab addımlarının atılmasını gözləyə bilmərik. Protokollar mövcud şəraitə əsaslanaraq imzalanıb. Danışıqlar artıq yeni sənəd üzərində aparılmalıdır”.

APA

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar