A24 Xeber

Sarkisyana qarşı çıxan deputatlar saxlanıldı

Sarkisyana qarşı çıxan deputatlar saxlanıldı
53
22 Aprel 2018 - 13:27

İrəvanda etiraz aksiyalarında iştirak edən deputatlar polis tərəfindən saxlanılıb.

A24.Az xəbər verir ki, bu barədə saxlanılan deputatlardan Ararat Mirzoyan sosial şəbəkədəki hesabından məlumat yayıb.

O, digər həmkarı, Ermənistan parlamentinin müxalif deputatlarından biri olan Sasun Mikaelyanın və çoxlu aksiya iştirakçısının da saxlanıldığını bildirib.

Qeyd edək ki, aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanır.

Nərmin Kərim, A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00