Sarkisyanın sağ əli işdən çıxarılır - Korrupsiyaya görə

Sarkisyanın sağ əli işdən çıxarılır – Korrupsiyaya görə
Want create site? Find Free WordPress Themes and plugins.

Ermənistan Müdafiə Nazirliyinin maddi-texniki təminat departamentinin rəisi, ölkənin keçmiş baş naziri Karen Karapetyan işdən çıxarılır.

A24.Az Ermənistanın “Joxovurd” qəzetinə istinadən xəbər verir ki, o, artıq çamadanlarını toplayıb.

Qəzetin məlumatına görə, Karapetyan fəaliyyəti zamanı bir sıra təchizatçıların hüquqlarını pozub və onlar bu barədə məhkəməyə müraciət ediblər.

Qeyd edək ki, o, bu vəzifəyə 2016-cı ilin noyabrında təyin olunub. Bundan əlavə, paralel olaraq 2016-cı ilin sentyabrından 2018-ci ilin aprelinə qədər Ermənistanın baş naziri işləyib.

Karapetyan Ermənistanın keçmiş prezidenti və baş naziri Serj Sarkisyanın sağ əli olaraq tanınır.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar