Sarkisyanla etirazçıların lideri arasındakı görüş vaxtı bəlli oldu

Sarkisyanla etirazçıların lideri arasındakı görüş vaxtı bəlli oldu
Want create site? Find Free WordPress Themes and plugins.

Müxalif deputat, Yerevanda Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı keçirilən etiraz aksiyasının lideri Nikol Paşinyan Sarkisyanla aprelin 22-si görüşəcək.

“A24.az”ın “İnterfaks”a istinadən verdiyi məlumata görə, görüş Yerevanda “Marriott” otelində yerli vaxtla saat 10:00-da baş tutacaq.

N.Paşinyan öz “Facebook” səhifəsində bildirib ki, görüş zamanı Serj Sarkisyanın istefası və hakimiyyətin sakit şəkildə ötürülməsi müzakirə olunacaq.

Qeyd edək ki, aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar