Sarkisyanla Paşinyan görüşdü - Nəticə? - VİDEO

Sarkisyanla Paşinyan görüşdü – Nəticə? – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Yerevanda Ermənistanın baş naziri Serj Sakisyanla müxalifətçi deputat, etiraz aksiyalarına rəhbərlik edən Nikol Paşinyan arasında görüş olub.

“A24.az” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata görə, görüş paytaxtdakı “Marriott” otelində baş tutub. Danışıqlar nəticəsiz başa çatıb. Sarkisyan müxalifətçi deputatla qısa dialoqdan sonra görüşü tərk edib.

Görüşün əvvəlində baş nazir bildirib ki, danışıqlar jurnalistlərin iştirakı olmadan aparılmalıdır. Paşinyan isə buna cavabında deyib ki, danışıqlarda ancaq onun istefası müzakirə ediləcək.

Daha əvvəl Nikol Paşinyan bildirib ki, danışıqlarda Sarkisyanın istefaya getməsi və hakimiyyətin dinc yolla ötürülməsi müzakirə ediləcək.

Ermənistanda Sarqsyanın baş nazir təyin edilməsi əleyhinə etiraz aksiyaları aprelin 13-dən davam edir. Müxalifət onu hakimiyyəti qeyri-effektiv idarə etməkdə və ölkədə iqtisadi vəziyyətin pisləşməsində ittiham edir.

Aksiyaçılar bazar ertəsi günü parlamentin binasına daxil olmağa cəhd göstəriblər. Polis əməkdaşları buna görə onları sıxışdırıb. Nəticədə onlarla insan xəsarət alıb.

Etirazçılar ertəsi gün Ermənistanda “məxməri inqilab”ıb başlandığını elan edib. Kütləvi etiraz tədbirlərinin gedişində yüzlərlə injsan xəsarət alıb və həbs edilib.

Report.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar