SAT imtahanının keçiriləcəyi VAXT DƏQİQLƏŞDİ

SAT imtahanının keçiriləcəyi VAXT DƏQİQLƏŞDİ
Want create site? Find Free WordPress Themes and plugins.

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 5-də SAT imtahanı verməli olan şəxslərə müraciət edib.

Mərkəzdən A24.Az-a verilən məlumata görə, “College Board”- Ali Təhsilə Qəbul Şurası tərəfindən verilən qərara əsasən, mayın 5-də keçirilməsi təxirə salınan SAT imtahanı mayın 19-da baş tutacaq.

Bildirilib ki, imtahanda iştirak edəcək şəxslər saat 07:45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar. İmtahana gecikən şəxslər test mərkəzinə buraxılmayacaqlar. Gözləmə siyahısında (waiting list) olan şəxslər də bu imtahanda iştirak edə bilməyəcək.

İmtahan 19 may, saat 08:30-da DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında başlayacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasiləsiz).

Qeyd edək ki, “College Board”- Ali Təhsilə Qəbul Şurası tərəfindən verilən qərara əsasən, ABŞ-ın bir neçə ştatı, Azərbaycan, Belçika, Misir, Honkonq, Hindistan, İrlandiya, Qazaxıstan, Yeni Zelandiya və b. ölkələrdə (tam siyahı ilə buradan tanış ola bilərsiniz) mayın 5-də keçirilməsi nəzərdə tutulan SAT imtahanları təxirə salınmışdı./Oxu.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Elm, Təhsil
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar