Saxlanılan şəxs müəllimi necə öldürdüyünü danışdı - Təfsilatlar

Saxlanılan şəxs müəllimi necə öldürdüyünü danışdı – Təfsilatlar
Want create site? Find Free WordPress Themes and plugins.

Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin sabiq əməkdaşı Rövşən Ağayev mayın 24-dən itkin düşmüş müəllim Sarayxanım Abdullayevanın onun sifarişi ilə qətlə yetirildiyini etiraf edib.

“A24.az”ın APA-ya istinadən verdiyi məlumata görə, R. Ağayev istintaqda dindirmə zamanı bildirib ki, S. Abdullayeva onun sifarişi ilə Xankərəm Kərimov tərəfindən öldürülüb.

O da məlum olub ki, X. Kərimov özünə məxsus “KİA Rio” markalı avtomobilində S. Abdullayevanı Şirvan şəhəri “Cənub” İES-in yaxınlığına gətirərək, orada sellofan torba ilə boğub.

7-8 saat avtomobildə qalan meyit sonradan R. Ağayevin köməkliyi ilə axşam saatlarında Şamaxı rayonunun Göylər kəndi ərazisində, yaşayış məntəqəsi olmayan dağlıq ərazidə yarğana atılıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Son Dəqiqə, Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar