Seçki günü on minlərlə insan xəstəxanalarda olacaq

Seçki günü on minlərlə insan xəstəxanalarda olacaq
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində səhhəti ilə əlaqədar tibb müəssisələrində olan seçicilərin səs verməsi üçün lazımi şərait yaradılıb.

A24.az xəbər verir ki bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev “Səhhəti ilə əlaqədar seçicilərin müvəqqəti olduqları yerlərdə Azərbaycan Respublikasının Prezidenti seçkilərinin təşkili” mövzusunda seminar müşavirədə çıxışı zaman deyib.

E.Ağayev bildirib ki, Səhiyyə Nazirliyi Azərbaycanda bütün seçkilərin şəffaf keçirilməsinə öz töhfəsini verib. O qeyd edib ki, prezident seçkilərində seçki günü on minlərlə insan xəstəxanalarda olacaq: “Onların səs verməsi üçün tibb müssisələrində seçki məntəqələri yaradılıb. Biz ötən seçkilərdə də tibb müəssisələrində olan insanların səs verməsi üçün lazımi şərait yaratmışıq”.

E.Ağayev həmçinin seçkilərlə əlaqədar tibb işçilərinin maarifləndirildiyini diqqətə çatdırıb.

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar