A24 Xeber

“Seçkilərə bir il qalmış xortlayırlar” – Araz Əlizadə 5-ci kolondan danışdı

“Seçkilərə bir il qalmış xortlayırlar” – Araz Əlizadə 5-ci kolondan danışdı
157
28 İyun 2017 - 13:41

Son zamanlarda Azərbaycanda Rusiyaya bağlı “5-ci kolon”un fəallaşması müşahidə edilir.  Rusiyadan alınan təlimatların da sayı getdikcə artır.

“5-ci kolon”un aktiv olmasına münasibət bildirən deputat Araz Əlizadə A24.Az-a açıqlama verərək deyib ki,  Azərbaycana qarşı işləyən qüvvələr  həmişə seçkilərə bir il qalmış xortlayırlar. Seçkilər yaxınlaşan ərəfədə onlar qızışıb ortalığa düşürlər. Hamısının bir arzusu var. Bəlkə də qaytardılar. Bəlkə də hakimiyyətə gəldilər.   Bir az da xalqı qarət etdilər. Bir az da yoxsullaşdırdılar,  bədbəxt elədilər.   Ayrı arzuları yoxdur.  Amma mən deyirəm ki,  məğlub olacaqlar”.

“5-ci kalon” ölkə daxilində düşmənə işləyən xəyanətkar qüvvəyə deyilir. Faşist Franko Madridi dörd tərəfdən mühasirəyə alarkən şəhərdəki müdafiə xuntası onun tərəfinə keçmişdi. “5-ci kalon” ifadəsi ilk dəfə məhz onda onların ünvanına işlədilmişdi.

Vüsalə Əlövsətqızı, A24.Az

 

 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00