Seçkilərində prezidentliyə namizədlik başladı

Seçkilərində prezidentliyə namizədlik başladı
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanda bu gündən – fevralın 7-dən növbədənkənar prezident seçkilərində prezidentliyə namizədlər irəli sürülə bilər. 

“A24.az”ın APA-ya istinadən verdiyi məlumata görə, Seçki Məcəlləsinə əsasən seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra  aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları prezidentliyə namizədləri irəli sürə bilərlər.

Mərkəzi Seçki Komissiyasının növbədənkənar prezident seçkilərinin aprelin 11-nə təyin edilməsi barədə qərar bu gün rəsmi dərc olunub. Seçki Məcəlləsinə əsasən prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək dövrü əhatə etməlidir. Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi növbədənkənar prezident seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən aprelin 11-ə təyin edilmiş növbədənkənar prezident seçkiləri üçün bu müddət 2018-ci il fevralın 20-dən martın 12-si saat 18.00-dək olan dövrü əhatə edir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar