Seda Sayan əri Azərbaycanda olan türk qadınlarına səsləndi - VİDEO

Seda Sayan əri Azərbaycanda olan türk qadınlarına səsləndi – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Seda Sayan aparıcılıq etdiyi “Show” TV-də əri Azərbaycanda olan türk qadınlarına səslənib. Bir növ xəbərdarlıq xarakteri daşıyan bu səslənişin səbəbi efirə çıxan azərbaycanlı qadının danışdıqları olub.

“A24.az” xəbər verir ki, 12 il bundan əvvəl Ayhan adlı türk kişiylə Bakıda tanış olaraq 8 ay birlikdə olan Naibə xanım bildirib ki, kişinin Türkiyədə də ailəsi olub. Təkcə onun deyil, qardaşının, qohumlarının da həm Türkiyədə, həm də Azərbaycanda ailələri olub. Hamısı ailələrinə sahib çıxıb, ev-eşik alıb, övladlarını yerbəyer edib, amma şirniyyat sexini işlədən Ayhan isə Naibə xanımı bətnində uşağıyla birlikdə ataraq gedib. 12 ildir ondan heç bir xəbər almayan Naibə xanım övladıyla birlikdə efirə çıxaraq kişiyə səslənib.

Seda Sayanın ən çox təəccübləndiyi məqam isə Naibə xanımın adını çəkdiyi türk kişilərinin hamısının Azərbaycanda ailəsinin olduğunu deməsi olub. Buna cavab olaraq Seda Sayan üzünü ekrana tutub və bütün türk qadınlarına səslənib.

“Aman… Əri Azərbaycanda olanlar, diqqət!”, – deyən Seda Sayan xəbərdarlıq xarakterli ifadələrini iki dəfə təkrarlayıb.

“A24.az” verilişdən olan görüntüləri təqdim edir:

A24.az / MTM

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Şou-biznes, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar