A24 Xeber

Sədaqətsizliyin elmi izahı verildi

Sədaqətsizliyin elmi izahı verildi
552
31 Mart 2017 - 21:00

Yeni elmi araşdırma “bir dəfə sədaqətsizlik edən çox dəfə edər” hökmünün həqiqiliyini təsdiq edib.

A24.Az BBC-yə istinadla xəbər verir ki,  bu, ailə sədaqətsizliyi etmiş həyat yoldaşını bağışlayanlar üçün “pis xəbərdir”.

London Kollec Universitetinin alimləri aşkar ediblər ki, həyat yoldaşlarına dəfələrlə xəyanət etmiş şəxslər dəfələrlə yalan danışmağa adət edənlərdir.

Alimlərin fikrincə, bu ona görə baş verir ki, adamlar hər dəfə yalan danışdıqda buna görə daha zəif vicdan əzabı çəkirlər.

Bunun səbəbi beynin badamcıq adlanan hissəsindədir. Bu hissə biz yalan danışarkən buna mənfi reaksiya verir.

Lakin hər dəfə yalan danışdıqca, badamcığın reaksiyası da zəifləyir. Bu isə o deməkdir ki, insan yeni yalanlar danışdıqca onun vicdan hissi də zəifləmiş olur.

Princeton Neyroelm İnstitutundan bu elmi işin həmmüəlifi Neil Garrett deyib ki, “bizim yalan danışmağımıza mane olan faktor bu yalançılığa mümkün emosional reaksiyadır”.

Başqa sözlərlə biz yalan danışarkən bunun əzabını çəkirik, lakin yalanlar artdıqca onun doğurduğu əzab da kəskinliyini itirir. “Bu isə bizə yeni yalanlar danışmaq üçün sanki “qüvvə” verir”.

Garrett yalanla sədaqətsizliyin arasındakı fərqin nə olduğunu da izah edib.

O deyib ki, sədaqətsizlik praktik baxımdan yalandan daha çox vaxt tələb edir.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00