A24 Xeber

Sədri dəyişən Diasporla İş üzrə Dövlət Komitəsindən daha bir YENİLİK

Sədri dəyişən Diasporla İş üzrə Dövlət Komitəsindən daha bir YENİLİK
68
30 Aprel 2018 - 13:23

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) yeni saytı yaradılır.

“A24.az” xəbər verir ki, Komitə bununla bağlı loqo seçimi üçün müsabiqə elan edib.

Müsabiqənin şərtləri:

  1. Müsabiqədə harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı iştirak edə bilər.
  2. Loqo harada yaşamasından asılı olmayaraq, hər bir dünya azərbaycanlısının Azərbycana və Azərbaycançılıq ideologiyasına sadiqliyini, məsuliyyətini, dünyəvi və müasir inkişaf yolu seçmiş dövlətimizin hər bir azərbaycanlıya görə cavabdehlik daşıdığını özündə ehtiva etməlidir. Ümumilikdə, loqoda dövlətçilik, vətəndaş həmrəyliyi kimi mühüm məqamlar əksini tapmalıdır.
  3. Loqonun eskizi A4 formatda kağızda, CD disk şəklində və ya PDF formatında [email protected]elektron ünvanına və ya Komitənin rəsmi https://m.facebook.com/AzDiaspora/?ref=bookmarksfacebook ünvanına təqdim edilməlidir.
  4. Müsabiqənin qalibinə Diasporla İş üzrə Dövlət Komitəsinin xüsusi mükafatı təqdim olunacaq.
  5. Müsabiqə 05 May 2018-ci il, saat 18:00-da yekunlaşacaq.

Diasporla İş üzrə Dövlət Komitəsi müsabiqədə iştirak etmək arzusunda olan hər bir şəxsə uğurlar arzu edir.

Komitənin hazırki loqosu…

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00