A24 Xeber

Səfir cinayətində əsrarəngiz rus gözəlçə izi – Yekaterina nələr etiraf etdi? – FOTO

Səfir cinayətində əsrarəngiz rus gözəlçə izi – Yekaterina nələr etiraf etdi? – FOTO
932
06 Mart 2017 - 11:30

Türkiyənin “Sabah” qəzetinin əməkdaşı Rusiyanın Ankarakı səfiri Andrey Karlovun qətlə yetirilməsi ilə bağlı aparılan araşdırma zamanı FETO-çu qatil Mevlüt Mert Altıntaşın Yekaterina B. adı rus bir kadınla noyabr ayı ərzində telefon əlaqəsi qurduğunun ortaya çıxdığını yazıb.

A24.Az xəbər verir ki, Rusiyadan gətirilən qadınları Ankarada iş adamlarına peşkəş çəkdiyi iddia edilən qadın artıq polis tərəfindən həbs edilib.

Yekaterina B. polisə ifadəsində Mert Altıntaş ilə görüşmədiyini, yalnız whatsApp vasitəsi ilə mesajlaşdığını qeyd edib. Lakin o fahişə qadınları internet vasitəsi ilə satdığını boynuna alıb.

O bildirib ki, rus qadınları internet vasitəsi ilə razılıq əldə etdiyi kişilərlə Ankaradakı 5 ulduzlu otellərdə görüşdürüb. Şüphəli bu işlər üçün Ankaradakı gözəllik salonlarından birində usta kimi çalışan bir nəfərin də ona kömək etdiyini qeyd edib.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 2016-cı ilin dekabrın 19-da Ankarada iştirak etdiyi bir sərgidə güllələnərək qətlə yetirilib. Polisin həyata keçirdiyi əməliyyat zamanı isə qatil öldürülüb.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00