Səfir: "Türkiyənin gücü Azərbaycanın gücüdür"

Səfir: “Türkiyənin gücü Azərbaycanın gücüdür”
Want create site? Find Free WordPress Themes and plugins.

“Türkiyənin gücü Azərbaycanın gücdür. Əlimizdə nə varsa sizinlə paylaşmağa hazırıq”. 

Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Səfir qeyd edib ki, hər iki qardaş ölkə bir-birinə dəstək olduğu müddətdə daha da güclənəcək.

E.Özoral Rəcəb Tayyib Ərdoğanın prezident seçildikdən sonra ilk səfərini məhz Azərbaycana etməsinin təsadüf olmadığını söyləyib: “Prezident ilk səfərini məhz Azərbaycana etdi. Bu, artıq ənənə halını alıb. Azərbaycan Prezidenti İlham Əliyev də prezident seçildikdən sonra ilk rəsmi səfərini Türkiyəyə etmişdi. Türkiyə və Azərbaycan birlikdə olan iki dövlətdir. Hər zaman bir-birimizə dəstək olmağa davam edəcəyik”.

O vurğulayıb ki, hər iki ölkə təkcə iqtisadi baxımdan deyil, digər sahələrdə də əməkdaşlıq etməyə hazırdır.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar