Şəhid atası: "Bayrağa bükülüb gələcəyəm deyirdi" 

Şəhid atası: “Bayrağa bükülüb gələcəyəm deyirdi”
Want create site? Find Free WordPress Themes and plugins.

“Oğlum “mən qəhrəman kimi qayıdacam, ya da bayrağa bükülüb gələcəyəm” deyirdi”.

A24.Az xəbər verir ki, bunu “Report”un Qərb bürosuna şəhid Adil Tatarovun atası Əli Tatarov deyib.

Şəhid atası bildirib ki, Adil Tatarov 3 ay əvvəl məzuniyyətə gəldiyi zaman bu sözləri söyləyibmiş: “Oğlum vətənin keşiyində durmasından fəxr duyduğunu və düşmənin torpaqlarımızın hər qarışından çıxarılması üçün hər zaman döyüşə hazır olduğunu söyləyirdi. Adil məzuniyyətə gələndə deyirdi ki, “mən qəhrəman kimi qayıdacam, ya da bayrağımıza bükülüb gələcəyəm”.

Ə.Tatarov oğlunun vətən uğrunda şəhid olmasından qürur duyduğunu bildirib: “Hər kəs vətənini qorumalı, Vətən uğrunda savaşmalı və mənim övladım kimi şəhid olmaqdan qorxmamalıdır”.

Qeyd edək ki, ailənin yeganə oğul övladı olan Adil Tatarovun hərbi xidməti başa vurmağına 4 ayı qalmışdı.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar