Şəhid pilotun pulu 20 il sonra terrorçunun cibindən çıxdı- FOTO

Şəhid pilotun pulu 20 il sonra terrorçunun cibindən çıxdı- FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Şəhidin pulu terrorçunun cibindən çıxdı.

A24.Az-ın xəbərinə görə, bu günlərdə Türkiyə hərbçiləri axtarışda olan “Welat Gever” kod adlı terrorçu Sefer Aracı zərərsizləşdiriblər.

Belə ki, o, 1998-ci ilin 27 noyabr tarixində Türkiyənin Hakkari rayonunun Dağlıca bölgəsində  Türkiyə Silahlı Qüvvələrinə məxsus “Skorsky” helipokterinin vurulması nəticəsində 15 türk əsgərinin şəhid olmasına görə axtarışa verilmişdi.

Həmin helikopterin vurulmasına və 15 hərbçinin məhv edilməsinə bais olan PKK-lı terrorçu nəhayət 20 il sonra zərərsizləşdirildi.

Terrorçunun üzərindən isə 1998-ci ildə dövriyyədə olan 500.000 TL  pul çıxıb.

Pulun üzərində isə terrorçu tərəfindən“bu, məhv edilən helikopterin pilotunun parasıdır (puludur)-11-27-1998”- deyə, yazıldığı məlum olub./Oxu.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar