A24 Xeber

Şəhidimiz Ağstafada torpağa tapşırıldı – FOTOLAR

Şəhidimiz Ağstafada torpağa tapşırıldı – FOTOLAR
49
21 May 2018 - 13:55

Dünən Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Adil Əli oğlu Tatarov Ağstafa rayonunda dəfn olunub.

A24.Az xəbər verir ki,  şəhid əsgərin Qıraq Kəsəmən kənində olan evində vida mərasimi keçirilib.

Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhid hərbçinin xidmət etdiyi hərbi hissənin, Müdafiə Nazirliyinin təmsilçiləri çıxış ediblər. Adil Tatarovun nümunəvi əsgər olduğu, düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olduğu vurğulanıb.

Şəhid əsgər Qıraq Kəsəmən kənd qəbiristanlığında torpağa tapşırılıb.

(APA)

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00