A24 Xeber

Səhiyyə naziri Oqtay Şirəliyevdən YENİ TƏYİNAT – əmr imzaladı

Səhiyyə naziri Oqtay Şirəliyevdən YENİ TƏYİNAT – əmr imzaladı
115
14 May 2018 - 10:30

M.Topçubaşov adına Elmi Cərrahiyə İnstitutuna yeni direktor təyin olunub.

“A24.az” bildirir ki, məlumatı “Report”a təsdiqləyən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova deyib ki, bu vəzifəyə Ağayev Rauf Maqsud oğlu təyin edilib.

Nazirlik rəsmisi bildirib ki, bununla bağlı səhiyyə naziri Oqtay Şirəliyev müvafiq əmr imzalayıb.

Qeyd edək ki,R.Ağayev əvvəllər Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında direktorun müalicə işləri üzrə müavini-baş həkim vəzifəsində çalışıb.

Xatırladaq ki,  institutun əvvəlki direktoru, akademik Böyükkişi Ağa oğlu Ağayev aprelin 4-də 90 yaşında vəfat edib.

Ağayev Rauf Maqsud oğlu

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00