Səhiyyə Nazirliyi 1 saylı Körpələr evi ilə əlaqədar yayılan görüntülərə münasibət bildirib

Səhiyyə Nazirliyi 1 saylı Körpələr evi ilə əlaqədar yayılan görüntülərə münasibət bildirib
Want create site? Find Free WordPress Themes and plugins.

Səhiyyə Nazirliyi Bakı şəhəri Baş Səhiyyə İdarəsinin tabeliyində olan 1 saylı Körpələr evi ilə əlaqədar yayılan görüntülərə münasibət bildirib.

A24.Az-ın məlumatına görə,  nazirliyin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib ki, aparılan araşdırmaların nəticəsində görüntülərin həqiqəti əks etdirmədiyi məlum olub.

Onun sözlərinə görə, görüntülər təhrif edilib:

“Görüntülərdən aydın olur ki, Körpələr evindən ərzaq deyil, istifadə olunmuş yataq dəstləri yuyulması üçün maşına yüklənilib. Uşaq bezleri məsələsinə gəlincə, oradan 0-1 ölçülü bezlər 3-4 ölçülü bezlərlə dəyişdirilməsi üçün aparılıb”.

Qeyd edək ki, bir neçə gün öncə 1 saylı Körpələr evindən ərzaq daşınması barədə görüntülər yayılıb. Körpələr evinin baş həkimi Nəhayət Əliyev daşınanların ərzaq deyil, işlənmiş yataq dəstləri olduğunu bildirib.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar