Səhiyyə Nazirliyi 100 körpənin ölməsiylə bağlı açıqlama verdi

Səhiyyə Nazirliyi 100 körpənin ölməsiylə bağlı açıqlama verdi
Want create site? Find Free WordPress Themes and plugins.

Səhiyyə Nazirliyi gecə saatlarında elektrik enerjisinin verilişində yaranmış məhdudiyyətlər səbəbindən xəstəxanalarda 100 körpənin ölümü barədə sosial şəbəkələrdə yayılmış məlumatlara münasibət bildirib.

“A24.az”ın məlumatına görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova APA-nın sorğusuna cavab olaraq bildirib ki, körpə ölümləri ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Onun sözlərinə görə, gecə saatlarında elektrik enerjisinin verilişi dayandıqda, tibb müəssisələrində generatorlar avtomatik işə düşüb və həmin saatlarda xəstəxanalarda yüzlərlə əməliyyat icra olunub.

Əhmədova qeyd edib ki, elektrik enerjisinin verilişində yaranmış məhdudiyyətlər səbəbindən xəstəxanalarda hər hansı ölüm faktı qeydə alınmayıb: “100 körpənin ölümünü necə gizlətmək olar?! Belə bir fakt qeydə alınmayıb”.

Qeyd edək ki, gecə saatlarında Mingəçevir İstilik Elektrik Stansiyasının (İES) 6-cı blokunda yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri cəlb olunub. 6-cı blokda və yarımstansiyada baş verən yanğın söndürülüb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar