Səhiyyə Nazirliyi: "Kafedə yaralananların vəziyyəti ağırdır"

Səhiyyə Nazirliyi: “Kafedə yaralananların vəziyyəti ağırdır”
Want create site? Find Free WordPress Themes and plugins.

Bakının Binəqədi rayonu, “Elit” Ticarət Mərkəzi yaxınlığında yerləşən kafedə baş verən partlayış nəticəsində yaralanan iki nəfərin vəziyyəti ağır qiymətləndirilir.

A24.Az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məsləhətçisi Səfayə Əhmədova deyib.

 S.Əhmədovanın sözlərinə görə, biri qadın, digəri isə orta yaşlı kişi olan yaralılar müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Yaralılar Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

Hadisə nəticəsində dünyasını dəyişən iki nəfərin şəxsiyyəti hazırda müəyyənləşdirilir.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar