Səhiyyə nazirliyindən açıqlama: Velo yarışlar ərəfəsində tibbi xidmətlər necə olacaq

Səhiyyə nazirliyindən açıqlama: Velo yarışlar ərəfəsində tibbi xidmətlər necə olacaq
Want create site? Find Free WordPress Themes and plugins.

Səhiyyə naziri Oqtay Şirəliyev bu il Bakıda keçirilməsi planlaşdırılan Velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatında tibbi xidmətlərin təşkilinə dair əmr imzalayıb.

A24.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, əmrdə BMX (Velopark) stadionunda tibb məntəqəsinin yaradılması və yarış zamanı tibb xidmətlərinin göstərilməsi, çempionat iştirakçılarının, qonaqların yaşayacaqları yerlərdə təcili tibbi yardım maşınlarının növbətçiliyini təmin edilməsi kimi tapşırıqlar əks olunub.

Həmçinin çempionatın keçiriləcəyi müddət ərzində ehtiyac olduğu halda, çempionat iştirakçılarının və qonaqların hospitalizasiyasını Bakı şəhər Kliniki Tibbi mərkəzində yerləşdirilməsi, digər tibb müəssisələrinə müraciət olunan zaman çempionat iştirakçılarına və qonaqlara yüksək səviyyəli tibbi yardımın göstərilməsi, nümayəndə heyətləri üçün nəzərdə tutulmuş mehmanxanalarda sanitariya-gigiyena qaydalarına əməl olunmasına nəzarətin artırılması, stadionda tibbi xidmətlərin göstərilməsi üçün avadanlıq, tibbi ləvazimatların təminatı və təşkilinə dair tapşırıqlar verilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman, Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar