Şəhriyar Məmmədyarov bu gün erməni rəqibi ilə qarşılaşacaq

Şəhriyar Məmmədyarov bu gün erməni rəqibi ilə qarşılaşacaq
Want create site? Find Free WordPress Themes and plugins.

Almaniyanın paytaxtı Berlindəki şahmat üzrə İddiaçılar Turnirində bu gün IX turun görüşləri keçiriləcək.

“A24.az”ın “Report”a istinadən verdiyi məlumata görə, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov qara fiqurlarla ermənistanlı Levon Aronyanla qarşılaşacaq.

Məmmədyarov əvvəlki oyunlarından 2 qələbə, 6 heç-heçə, Aronyan isə 1 qələbə, 3 məğlubiyyət və 4 heç-heçə ilə ayrılıb. İki şahmatçı arasında ilk dövrədəki görüşdə qalib müəyyənləşməyib – 0,5:0,5.

Turun digər görüşləri:

Fabiano Karuana (ABŞ) – Din Lijen (Çin)

Uesli So (ABŞ) – Aleksandr Qrişuk (Rusiya)

Sergey Karyakin (Rusiya)- Vladimir Kramnik (Rusiya)

Oyunlar Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.

8 turdan sonra Karuana 5,5 xalla vahid liderdir. Məmmədyarov 5 xalla 2-ci, Qrişuk 4,5 xalla 3-cü, Din Lijen 4 xalla 4-cü yerdə qərarlaşıb. 5-6-cı pillələrdəki Karyakinlə Kramnikin hərəyə 3,5 xalı var. Son 2 pilləni isə hərəyə 3 xalı olan Aronyanla So bölüşür.

Qeyd edək ki, İddiaçılar Turnirinin ümumi mükafat fondu 420 min avrodur. Qalib şahmatçı norveçli Maqnus Karlsenlə dünya çempionu titulu uğrunda görüşə çıxacaq.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar