Şəhriyar Məmmədyarov "İddiaçılar Turniri"ndə bu liderlə qarşılaşacaq

Şəhriyar Məmmədyarov “İddiaçılar Turniri”ndə bu liderlə qarşılaşacaq
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün Almaniyanın paytaxtı Berlində şahmat üzrə İddiaçılar Turnirində X turun görüşləri keçiriləcək.

A24.az xəbər verir ki, Azərbaycanın yarışdakı yeganə təmsilçisi Şəhriyar Məmmədyarov ağ fiqurlarla ABŞ şahmatçısı Fabiano Karuana ilə üz-üzə gələcək. Bu qrossmeysterlər arasında ilk dövrədəki oyunda qalib müəyyənləşməyib.

Bütün görüşlər Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, 9 turdan sonra F.Karuana 6 xalla vahid liderdir. Ş.Məmmədyarov 5,5 xalla 2-ci, A.Qrişuk 5 xalla 3-cü pillədə qərarlaşıb. 4 və 5-ci sıralardakı D.Lijen və S.Karyakinin 4,5, 6 və 8-ci yerlərdəki V.Kramnik, L.Aronyan və U.Sonun isə hərəyə 3,5 xalı var.

X tur

Şəhriyar Məmmədyarov (Azərbaycan) – Fabiano Karuana (ABŞ)

Aleksandr Qrişuk (Rusiya) – Sergey Karyakin (Rusiya)

Vladimir Kramnik (Rusiya) – Levon Aronyan (Ermənistan)

Din Lijen (Çin) – Uesli So (ABŞ)

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar