Şəhriyar Məmmədyarov "ShamkirChess 2018"də ilk məğlubiyyətlə üzləşdi

Şəhriyar Məmmədyarov “ShamkirChess 2018″də ilk məğlubiyyətlə üzləşdi
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “ShamkirChess 2018” superturnirində bu gün IV turun qarşılaşmaları oynanılıb.

5 görüşdən 3-ü Azərbaycan şahmatçılarının iştirakı ilə baş tutub.

Teymur Rəcəbov ağ fiqurlarla norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gəlib. Görüş 19-cu gedişdə heç-heçə ilə yekunlaşıb. Eyni nəticə daha 3 görüşdə, o cümlədən, Rauf Məmmədovun polşalı Radoslav Voytaşeklə oyununda qeydə alınıb.

Əvəzində Şəhriyar Məmmədyarov qara fiqurlarla bolqar Veselin Topalova uduzub.

Turun nəticələri:

Sergey Karyakin (Rusiya) – David Navara (Çexiya) – 0,5:0,5

Aniş Giri (Hollandiya) – Dinq Liren (Çin) – 0,5:0,5

Teymur Rəcəbov (Azərbaycan) – Maqnus Karlsen (Norveç) – 0,5:0,5

Veselin Topalov (Bolqarıstan) – Şəhriyar Məmmədyarov (Azərbaycan) – 1:0

Radoslav Voytaşek (Polşa) – Rauf Məmmədov (Azərbaycan) – 0,5:0,5

İlk 4 turdan sonra Veselin Topalov 2,5 xalla liderdir. Bu tur da heç-heçəyə imza atmış 8 şahmatçı 2 xalla 2 – 9-cu yerləri bölüşürlər. Şəhriyar Məmmədyarov isə 1,5 xalla sonuncu pillədə qərarlaşıb.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar