“Səhvən” atılmış raketin Kəbəyə düşməsi...” – QİYAMƏT SSENARİSİ

“Səhvən” atılmış raketin Kəbəyə düşməsi…” – QİYAMƏT SSENARİSİ
Want create site? Find Free WordPress Themes and plugins.

“Regionda hər ölkə üçün parçalanmış xəritələr var. Bundan sonrakı ilk böhran regional xarakter daşıyacaq. Bütün coğrafiya açılacaq”.

A24.Az Publika.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin “Yeni Şəfəq” nəşrinin yazarı İbrahim Karagül yazıb.

Onun sözlərinə görə, regional müharibənin çıxış nöqtəsi İran-Səudiyyə Ərəbistanı döyüşü olacaq: “Suriya böhranı bir mərhələyə gəldiyi anda Bəsrə körfəzi qarışacaq, bir çox ölkə İranın təhdidinə məruz qalacaq. Yəməndə Husilərin üzərindən Səudiyyə Ərəbistanını vuran İran İsrailə təhdidlər yağdırdığı bir vaxtda müsəlman ölkələrinin işğal edilməsi planları qurur. İrandan Suriyaya atılan ballistik raketlərlə Yəməndən Səudiyyə Ərəbistanına atılan ballistik raketlər eynidir. Səudiyyə Ərəbistanı və Körfəz ölkələri işğal təhdidi altındadır”, – o qeyd edib.

Yazar bildirir ki, daha böyük təhlükə İran-Səudiyyə Ərəbistanı döyüşünün əslində Məkkə döyüşləri kimi planlaşdırılmasıdır.

İ.Karagül hesab edir ki, Qətər böhranının əsl səbəbi Ər-Riyaddakı saray çevrilişi ilə (Səudiyyə Ərəbistanı Krallığı vəliəhd şahzadə Məhəmməd bin Nayifin yerinə kral Salman bin Əbdüləziz Əl Səudun 31 yaşlı oğlu Məhəmməd bin Salmanı təyin edib – red.) dəqiqləşib: “Yeni vəliəhd artıq Səudiyyə Ərəbistanını idarə edəcək. O, İranla müharibəyə hazırlıq görür. May ayında bir telekanala açıqlamasında İranı islam dünyasına hakim olmaq cəhdində ittiham edərək “Tehranın son məqsədi Məkkəyə sahib olmaqdır” söylədi. Salmanın “torpaqlarımızda bir qarşıdurmanın baş verməsini gözləməyəcəyik və bu döyüşün İran torpaqlarında olması üçün çalışacağıq” sözü çox əhəmiyyətli idi”.

Yazarın sözlərinə görə, Ər-Riyaddakı bu dəyişiklikdən sonra İran və Səudiyyə Ərəbistanı arasında qısa müddət ərzində sərt küləklər əsəcək və bu, bütün coğrafiyanı sarsıdacaq.

“Bunu əsla məzhəb savaşı, yaxud da ərəb-fars savaşı hesab etməyin. “Savaş islamın ürəyinə yerləşəcək, islam öz içində döyüşəcək” tezislərini kim hazırlayıbsa, onların planı da budur. Bu, islama aid nə varsa, hər şeyi yox etməyə xidmət edən bir layihədir. Bu layihə “səhvən” atılmış bir raket Kəbənin divarlarına dəyməsi, ya da İran tanklarının Kəbə qarşısında dayanması şəklində düşünülüb”, – İ.Karagül yekunlaşdırıb.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar