Şəkidə 11 yaşlı uşağı sahibsiz it dişlədi

Şəkidə 11 yaşlı uşağı sahibsiz it dişlədi
Want create site? Find Free WordPress Themes and plugins.

Şəkidə 11 yaşlı uşağı sahibsiz it dişləyib.

A24.Az APA-ya istinadən xəbər verir ki, bu gün axşam saat 19 radələrində rayonun Qoxmuq kənd sakini 2007-ci il təvəllüdlü Əsgər Azad oğlu Məmmədov it dişləməsi xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan bildirilib ki, müayinə zamanı 11 yaşlı Əsgər Məmmədova yaşadığı kəndin ərazisində sahibsiz it hücum edərək onun sol ayağının baldır nahiyəsindən dişləməsi məlum olub. Əsgər Məmmədova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar