A24 Xeber

Şəkidə 11 yaşlı uşağı sahibsiz it dişlədi

Şəkidə 11 yaşlı uşağı sahibsiz it dişlədi
80
28 Yanvar 2018 - 19:36

Bu gün axşam saatlarında rayonun Çolaqlı kənd sakini 2007-ci il təvəllüdlü Murad Nizami oğlu Abdullayev it dişləməsi xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

A24.Az APA-ya istinadən xəbər verir ki, 11 yaşlı M. Abdullayev yaşadığı kəndin ərzisində küçə ilə gedərkən sahibsiz itin hücumuna məruz qalıb.

İt M. Abdullayevin sağ ayağının baldır nahiyəsindən dişləyib. Murad Abdullayevə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00