Şəkidə 25 nəfəri soyan bakılı ƏLƏ KEÇDİ

Şəkidə 25 nəfəri soyan bakılı ƏLƏ KEÇDİ
Want create site? Find Free WordPress Themes and plugins.

Bakı sakini Şəkidə 25 nəfərə qarşı dələduzluq edib.

A24.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinə müraciət edən Baş Göynük kənd sakini G.Əlifova ötən ilin yanvar ayında Elçin adlı şəxsin onu aldadaraq 2230 manatını aldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Bakı şəhər sakini Elçin Dadaşov olması müəyyən edilib. Görülmüş tədbirlərlə o, dələduzluq etməkdə şübhəli bilinərək saxlanılıb.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun 2017-ci il ərzində Şəki rayon sakini olan 25 nəfəri də aldadaraq dələduzluq yolu ilə onlardan ümumilikdə 4420 manat alması müəyyən edilib. Şəki ŞRPŞ-də araşdırma aparılır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar