A24 Xeber

Şəkidə 50 yaşlı kişi intihar etdi

Şəkidə 50 yaşlı kişi intihar etdi
39
14 May 2018 - 4:34

Şəkidə 50 yaşlı kişi intihar edib.

A24.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Baş Göynük kəndində baş verib.

Kənd sakini, 1968-ci il təvəllüdlü İsmayıl İsa oğlu Gülməmmədovun meyiti yaxınları tərəfindən yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsinin çardağında asılı vəziyyətdə aşkar edilib. 50 yaşlı İsmayıl Gülmməmədovun hələki istintaqa məlum olmayan səbəbdən intihar etməsi məlum olub.

 Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma )maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
A24.Az
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00