Şəkidə ana ölümü ilə bağlı cinayət işi başlanıb

Şəkidə ana ölümü ilə bağlı cinayət işi başlanıb
Want create site? Find Free WordPress Themes and plugins.

Şəki şəhər sakini, 1987-ci il təvəllüdlü Məmmədova Türkan İlham qızı martın 28-də Şəki Regional Perinatal Mərkəzinə qəbul olunaraq keysəriyə yolu ilə əməliyyat olunmaqla qız uşağını dünyaya gətirmiş, lakin əməliyyatdan sonra səhhəti pisləşən Türkan Məmmədova görülmüş müalicə tədbirlərinə baxmayaraq 31 mart 2018-ci il tarixdə həmin mərkəzdə vəfat edib.

“A24.az”ın APA-ya istinadən verdiyi məlumata görə, faktla bağlı Şəki rayon Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə (zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) cinayət işi başlanmaqla zəruri təxirəsalınmaz istintaq hərəkətləri keçirilərək məhkəmə tibbi ekspertizası təyin edilib.

Şəki rayon Prokurorluğundan bildirilib ki, iş üzrə hərtərəfli, tam və obyektiv istintaqın aparılması və qanuni qərarın qəbul edilməsi təmin ediləcək.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar