Şəkidə sərnişin avtobusu yük maşını ilə toqquşdu: Xəsarət alanlar var

Şəkidə sərnişin avtobusu yük maşını ilə toqquşdu: Xəsarət alanlar var
Want create site? Find Free WordPress Themes and plugins.

Şəkidə sərnişin avtobusu yük maşını ilə toqquşub.

A24.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün 17.00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Şəki rayonunun Cəfərabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “İsuzu” markalı, 45-ƏC-475 dövlət nömrə nişanlı sərnişin avtobusu 90 XO 837 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub. Qəza nəticəsində hələlik şəxsiyyəti məlum olmayan 3 nəfər Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

MRX-dan APA-nın yerli bürosuna verilən məlumata görə, hazırda xəstələrin müayinələri aparılır.

 Faktla bağlı Dövlət Yol Polisi İdarəsinin Baş istintaq və təhqiqat bölməsində araşdırma aparılır.
A24.Az
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar