Seldən dağılan yol və körpü bərpa olundu: Şamaxıda

Seldən dağılan yol və körpü bərpa olundu: Şamaxıda
Want create site? Find Free WordPress Themes and plugins.

Şamaxı rayonunda güclü leysan yağışları nəticəsində dağılan yol bərpa edilib.

A24.Az xəbər verir ki, bu barədə Trend-ə Şamaxı rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin əməkdaşı İrşad Osmanov bildirib.

O qeyd edib ki, hadisə nəticəsində kəndlərdən mərkəzə gedən yollarda yaranan problemlər aradan qaldırılıb: “Güclü leysan yağışları nəticəsində Mədrəsə kəndindən mərkəzə doğru gedən yolda körpünü su basmış, yol bağlanmışdı. Dərhal əraziyə texniki avadanlıqlar cəlb olunub və yol bərpa edilib. Hazırda yollarda heç bir problem yoxdur. Nəqliyyatın gediş-gəlişi təmin edilib”.

Xatırladaq ki, ötən gün yağan güclü yağış nəticəsində Şamaxı rayonunun Mədrəsə kəndindən rayon istiqamətində olan avtomobil yolunu su basmış, yolun üzərindəki körpünü lil bağlamışdı.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar